
Neftçi yenilənir
«Neftçi» komandası avrokuboklara iki yeni hücumçu ilə gedəcək. Bu barədə klubdan məlumat verilib. Redaksiyamıza verilən məlumata görə, Yuri Vernidub aparacağı islahatlarla bağlı raportu ilə rəhbərliyi tanış edib. Baş məşqçi tranfser çalışmalarına hücum xəttindən başlamağı vacib sayıb.
Ukraynalı mütəxəssis həmin mövqeyə minimum iki legionerin alınmasını istəyib. Ötən ilin dekabrından bəri komandanın sükanı sükanı arxasında dayanan çalışdırıcı qeyd edib ki, Konfrans Liqasının startınadək, elə bu ayın içində o zonaya axtarışlar başa çatmalıdır. Premyer Liqada dördüncü yer tutaraq qitə arenasına qayıdan «ağ-qaralar» ötən günlərdə 3 legionerlə rəsmən vidalaşıb.
Nigeriyalı hücumçu Vensan Abubakar, monteneqrolu yarımmüdafiəçi Ervin Kuç və rumıniyalı müdafiəçi Kristian Kostinin müqavilə müddəti uzadılmayıb. Bu, hələ siyahının əvvəlidir. Təcrübəli mütəxəssis daha 4-5 nəfərin düşərgədən göndərilməsinə tərəfdardır. «Neftçi»nin transfer siyahısı çox uzun ola bilər. Mənbə:
Əlaqəli Xəbərlər
FutbolZirənin rəqibi
Bu gün 2026-27 mövsümü üzrə UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü atıldı. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başladı. Azərbaycanı Konfrans Liqasında "Zirə" təmsil edir. Səp
39 gün əvvəl
FutbolReşfordun taleyi
“Barselona”nın ingiltərəli hücumçu Markus Reşford ilə bağlı planı barədə məlumatlar açıqlandı. Kataloniya klubu, Reşfordun satınalma opsiyasından istifadə etməyəcək. Bu opsiya 5 gün ərzində 30 milyon
44 gün əvvəl
FutbolQarabağın gələcəyi
Azərbaycan futbolunda mövsümün sonunda "Qarabağ" komandası növbəti mövsümün planlarını hazırlayır. Lakin, mövsümün sonunda 4 futbolçu - Sami Mmaee, Emmanuel Addai, Ramil Şeydayev və Toral Bayramovla y
45 gün əvvəl
FutbolYeni texniki direktor
İyunun 16-da AFFA-da önemli hadisə baş verəcək. Həmin gün təşkilatın yeni texniki direktorunun təqdimatı keçiriləcək. Bu vəzifəyə Edmond Oskar Klaus təyin olunacaq. Niderlandlı mütəxəssislə uzunmü
45 gün əvvəl